Çin İranla əməkdaşlığın əngəllənməməli olduğunu bildirib

Çin İranla əməkdaşlığın əngəllənməməli olduğunu bildirib

Könül Məmmədova · Media ·

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien ölkəsinin İranla əməkdaşlığının beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini və bu əlaqələrə maneə yaradılmamalı olduğunu bildirib.

Redaksiya xəbər verir ki, Lin Cien Çin tərəfinin mövcud prosesləri yaxından izlədiyini deyib.

Onun sözlərinə görə, Pekin öz hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün zəruri hesab etdiyi bütün tədbirləri görəcək.

Çin rəsmisi İranla əməkdaşlığın qanuni xarakter daşıdığını vurğulayaraq, bu münasibətlərə xarici müdaxilənin qəbuledilməz olduğunu bildirib.