Rusiya gecə ərzində 320 PUA vurduğunu açıqlayıb

Rusiya gecə ərzində 320 PUA vurduğunu açıqlayıb

Yulduz Səlimov · Media ·

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun gecə saatlarında ölkə ərazisinə yönəltdiyi 320 pilotsuz uçuş aparatının zərərsizləşdirildiyini açıqlayıb.

Redaksiya xəbər verir ki, nazirliyin məlumatına əsasən, PUA-lar Rusiyanın müxtəlif bölgələrini hədəfə alıb. Hücumların qarşısının hava hücumundan müdafiə vasitələri ilə alındığı bildirilir.

Rusiya tərəfi vurulan aparatların dəqiq olaraq hansı bölgələrdə aşkarlanması və hücumların nəticələri barədə əlavə təfərrüat açıqlamayıb.

Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatla bağlı hələlik rəsmi açıqlama verməyib.