Rockstar Games Grand Theft Auto VI-nın son günlərdə yayılan gameplay görüntülərinin sızması ilə bağlı ilk rəsmi açıqlamasını verib. Şirkət hadisəni komanda üçün “sarsıdıcı” adlandırıb.
Redaksiya xəbər verir ki, Rockstar oyunun bu şəkildə nümayiş olunmasının planlaşdırılmadığını bildirib və uzun gözləntidən sonra oyunçuların GTA VI-nı məhz belə görməsindən təəssüfləndiyini qeyd edib.
Şirkətin açıqlamasına görə, GTA VI-nın hazırlanması artıq son mərhələyə yaxınlaşıb. Rockstar eyni zamanda oyunun daha geniş rəsmi gameplay nümayişini sabah təqdim edəcəyini açıqlayıb.
Rockstar sızmaların bəzi süjet və oyun təcrübəsi elementlərini əvvəlcədən üzə çıxara biləcəyini etiraf edib, lakin oyunçuları GTA VI-nı tam şəkildə 19 noyabrda özləri təcrübədən keçirməyə çağırıb.
Şirkət son həftə ərzində dəstək mesajları göndərən oyunçulara təşəkkür edib və GTA VI-nın məhz icma üçün hazırlandığını vurğulayıb.
