Miley Avropanın miqrasiya siyasətini tənqid edib

Miley Avropanın miqrasiya siyasətini tənqid edib

Könül Məmmədova · Media ·

Argentina Prezidenti Xavyer Miley Avropanın demoqrafik vəziyyət və pensiya sistemi ilə bağlı problemlər fonunda multikultural siyasət yürüdərək sərhədlərini geniş şəkildə açdığını bildirib. O, bu yanaşmanın kütləvi miqrasiya axınına səbəb olduğunu deyib.

Redaksiya xəbər verir ki, Miley Argentinanın immiqrantlar tərəfindən qurulmuş ölkə olduğunu və prinsip etibarilə miqrasiyaya qarşı çıxmadığını vurğulayıb. Bununla belə, o, geniş sosial təminat sistemi mövcud olduqda bəzi şəxslərin vergi ödəyicilərinin maliyyələşdirdiyi yardımlardan yararlanmaq məqsədilə ölkəyə gələ biləcəyini bildirib.

Argentina Prezidentinin sözlərinə görə, miqrantların qəbul edən ölkənin mədəniyyətinə uyğunlaşması və cəmiyyətə inteqrasiyası əsas şərtlərdən biri olmalıdır. O, gələn şəxslərin yerli mədəniyyətə inteqrasiya etmədiyi halda bunun artıq adi miqrasiya deyil, “işğal” kimi qiymətləndirilə biləcəyini deyib.

Miley Avropa ölkələrinin miqrasiya siyasətində sosial təminat, iqtisadi ehtiyaclar və mədəni inteqrasiya arasında daha sərt tarazlıq yaratmalı olduğunu bildirib.