9 dekabr 2025-ci il tarixindən etibarən həbsdə saxlanılan futbolçu Mert Hakan Yandaş ilk dəfə hakim qarşısına çıxıb. Məhkəmə iclası çərçivəsində Yandaşın prosesdə iştirakı təmin edilib.
Redaksiya xəbər verir ki, duruşmanı izləmək üçün Fenerbahçe prezidenti Saadettin Saran, sələfi Ali Koç və klub rəhbərliyi ilə yanaşı çox sayda futbolçu dəstək məqsədilə məhkəmənin keçirildiyi binada olub. Müdafiə çıxışını edən Mert Hakan Yandaş ittihamları qəbul etməyərək “Bahis oynamadım kimseye de oynatmadım” deyib. Digər təqsirləndirilən şəxs Ersen Dikmen isə kupon oynayarkən heç bir halda Mert Hakan Yandaşdan məlumat almadığını bildirib.
Məhkəmə Mert Hakan Yandaşın azadlığa buraxılması barədə qərar qəbul edib və bununla əlaqədar duruşmanı ertələyib. İttiham aktında Yandaş ilə Ersen Dikmen arasında sıx pul dövriyyəsinin olduğu və Dikmenin həmin pulu mərcə yatırdığı iddia olunub. Həmçinin Yandaşın 17 ilə qədər həbs cəzasına məhkum edilməsi tələb edilib.
