Kubada bazar günü milli elektrik şəbəkəsində baş verən nasazlıq nəticəsində ölkə üzrə genişmiqyaslı elektrik kəsintisi yaşanıb.
Redaksiya.az CNNTÜRK-ə istinadən xəbər verir ki, dövlətə məxsus Elektrik Enerjisi Şirkəti (UNE) sosial şəbəkə hesabında yaydığı açıqlamada milli enerji sistemində tam çöküş baş verdiyini və bunun ölkənin bütün ərazisində elektrik təchizatının dayanmasına səbəb olduğunu bildirib.
Bu, son dövrlərdə ölkənin elektrik şəbəkəsində qeydə alınan növbəti genişmiqyaslı qəzalardan biridir. Cəmi bir gün əvvəl də Kubanın qərb bölgəsi tamamilə işıqsız qalmışdı.
Kubanın Energetika Nazirliyi isə elektrik şəbəkəsinin yenidən bərpası istiqamətində işlərin davam etdiyini açıqlayıb.
