Keçmiş ABŞ nümayəndəsi qadınların hərbi xidmətini dəstəkləyib

Keçmiş ABŞ nümayəndəsi qadınların hərbi xidmətini dəstəkləyib

Yulduz Səlimov · Media ·

ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kelloq Ukraynada qadınların da Silahlı Qüvvələrə səfərbər edilməsini təklif edib.

Redaksiya xəbər verir ki, Kelloq Ukrayna mediasına müsahibəsində qadınların cəmiyyətin bir hissəsi kimi hərbi xidmətə cəlb olunmasını vacib hesab etdiyini bildirib.

O, nümunə kimi hərbi təhsil almış və Əfqanıstanda xidmət etmiş öz qızını göstərib. Kelloq həm şəxsi, həm də peşəkar baxımdan qadınların orduda xidmət etməsində problem görmədiyini deyib.

Kelloqun açıqlaması Ukraynada insan resursları və səfərbərlik məsələləri ilə bağlı davam edən müzakirələr fonunda səslənib.