Paşinyan “erməni soyqırımı”nın siyasi alətə çevrilməsini tənqid edib

Paşinyan “erməni soyqırımı”nın siyasi alətə çevrilməsini tənqid edib

Könül Məmmədova · Media ·

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İsrail hökuməti bir müddət əvvəl “erməni soyqırımı”nın rəsmi tanınması prosesinə böyük qətiyyətlə başlayıb, daha sonra isə eyni qətiyyətlə bu prosesi dayandırıb.

Redaksiya xəbər verir ki, Paşinyan beynəlxalq aktorların tarixi faciələrdən bir-birinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini deyib. Onun sözlərinə görə, bu mübarizənin əsas zərərini isə erməni xalqı görür.

Paşinyan bildirib ki, beynəlxalq qüvvələr “şəhidlərin sümüklərini silaha çevirərək” bir-birinə qarşı istifadə edir, lakin nəticədə zərər Ermənistan və ermənilərə dəyir.

Baş nazir bu yanaşmanın 19-cu əsrin sonlarından, 20-ci əsr boyunca və yaxın dövrədək müxtəlif formalarda davam etdiyini iddia edib.

Paşinyan sonda “erməni soyqırımı” mövzusunun geosiyasi və siyasi mübarizədə alətə çevrilməsi prosesinə son qoyulmasının vacibliyini vurğulayıb.