Rusiyanın Plesetsk kosmodromundan Soyuz-2.1b daşıyıcı raketi ilə buraxılan peyk uğurla orbitə çıxarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, raket buraxılışdan sonra German Titov adına Baş Sınaq Kosmik Mərkəzinin yerüstü avtomatlaşdırılmış idarəetmə kompleksi tərəfindən müşayiətə götürülüb.
Müdafiə Nazirliyinin məlumatına görə, kosmik aparatla telemetrik əlaqə yaradılıb və rabitə davamlı şəkildə saxlanılır.
Peykin bort sistemlərinin normal rejimdə işlədiyi və buraxılışdan sonrakı mərhələlərin planlaşdırıldığı qaydada həyata keçirildiyi bildirilir.
