Sovet casusunun nəvəsi Fransa prezidenti olmaq istəyir

Sovet casusunun nəvəsi Fransa prezidenti olmaq istəyir

Könül Məmmədova · Media ·

Fransanın sol-mərkəzçi siyasi düşərgəsinin liderlərindən biri və Avropa Parlamentinin deputatı Rafael Qlükksmann 2027-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Bu barədə The Telegraph məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, 46 yaşlı siyasətçi namizədliyini TF1 telekanalına müsahibəsində təsdiqləyib və Fransanın yenidən güclənməsi üçün siyasi baxışa malik olduğunu bildirib.

Qlükksmannın ailə keçmişi də diqqət çəkir. Onun babasının sovet kəşfiyyatı ilə əlaqəli olduğu bildirilir, atası isə tanınmış filosof və yazıçı olub.

Siyasətçi seçki kampaniyasının əsas mesajlarından biri kimi Fransanın yenidən dirçəldilməsini göstərib. O bildirib: "İnanıram ki, Fransanın bərpasına imkan verəcək baxışım var."