Kanadanın Manitoba əyalətinin baş naziri Vab Kinu ABŞ Prezidenti Donald Trampı sərt şəkildə tənqid edərək, onun İranla bağlı siyasətini uğursuz adlandırıb.
Redaksiya xəbər verir ki, Kinu “pis insanla yaxşı razılaşma əldə etmək olmaz” fikrini xatırladaraq, bu yanaşmanın Trampa da aid olduğunu bildirib.
O, insanların hazırda yanacaqdoldurma məntəqələrində yüksək qiymətlər ödəməsinin səbəblərindən biri kimi Trampın İranla bağlı müharibə siyasətini göstərib.
Kinu bildirib ki, Vaşinqtonun İranla qarşıdurmaya dair qərarları enerji bazarına mənfi təsir göstərib və bunun nəticələri birbaşa istehlakçıların xərclərində hiss olunur.
