Qazaxıstanda keçirilən ilk Qurultay seçkilərinin ilkin nəticələrinə görə, Adilet Partiyası 71,17 faiz səslə böyük üstünlük qazanıb. Yeni birpalatalı parlament üçün səsvermə avqustun 23-də keçirilib.
Redaksiya xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına əsasən, Auıl Partiyası 6,26 faiz, Respublica 5,56 faiz, Ak Jol 5,21 faiz, Ümummilli Sosial-Demokrat Partiyası isə 5,11 faiz səs toplayıb. Beləliklə, bu partiyalar da parlamentə keçid üçün tələb olunan həddi aşıblar.
Adilet Partiyası 2026-cı il iyunun 1-də qeydiyyata alınıb və daha sonra hakim Amanat Partiyası ilə birləşib. Bunun nəticəsində Adilet ölkənin ən böyük siyasi təşkilatına çevrilib.
Seçkilər Qazaxıstan tarixində yeni birpalatalı ali qanunverici orqan olan Qurultaya keçirilən ilk səsvermə olub. Bundan əvvəl ölkədə ikipalatalı parlament sistemi fəaliyyət göstərirdi.
Seçici fəallığı ilkin məlumatlara görə 74 faizdən çox olub. Yekun nəticələrin Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmiləşdirilməsi gözlənilir.
