Aİ səfiri Ukraynaya dəstək fonunda əhvalın pisləşdiyini bildirib

Aİ səfiri Ukraynaya dəstək fonunda əhvalın pisləşdiyini bildirib

Könül Məmmədova · Media ·

Avropa İttifaqının Ukraynadakı səfiri Katarina Maternova bildirib ki, son hücumlar fonunda Ukraynanın tərəfdaşları arasında əvvəlki aylardakı nikbinlik zəifləyib. Bu barədə Euractiv məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Maternova son hücumların əhval-ruhiyyəyə mənfi təsir etdiyini və əvvəlki dövrlə müqayisədə daha çox narahatlıq yarandığını deyib.

Euractiv həmçinin Avropa İttifaqının Ukraynaya əlavə hərbi yardım göstərmək imkanlarının müəyyən məhdudiyyətlərlə üzləşdiyini yazır. Bununla belə, Aİ xarici işlər nazirlərinin sentyabrın 1-də İrlandiyada görüşərək Kiyevin maliyyə ehtiyaclarını müzakirə etməsi planlaşdırılır.

Ukrayna isə tərəfdaşlarından xüsusilə hava hücumundan müdafiə sahəsində dəstəyi artırmağı tələb edir. Qışın yaxınlaşması fonunda cəbhə xəttində, hava hücumlarında və ölkənin fəaliyyətini təmin edən enerji infrastrukturuna təzyiqin artdığı bildirilir.