İsrail ordusunda xidmət edən ehtiyatda olan bir əsgərin İran xeyrinə casusluq etdiyinə görə saxlanıldığı bildirilir. Bu hadisə, ölkənin müdafiə sistemləri ilə bağlı məxfi məlumatların sızdırılması iddialarını gündəmə gətirib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, gizli istintaqın ardından 26 yaşlı ehtiyatda olan əsgər Roz Kohen saxlanılıb. Kohenin bir neçə aydır İran kəşfiyyatı ilə əlaqə saxladığı və "Dəmir Qübbə" (Iron Dome) sistemləri haqqında gizli məlumatları ötürdüyü iddia edilir.
Bu məlumatların yayılmasının qarşısını almaq üçün aparılan əməliyyat nəticəsində saxlanılan əsgərin fəaliyyəti barədə daha ətraflı məlumatların yaxın zamanda açıqlanacağı gözlənilir. Hadisə, İsrailin milli təhlükəsizlik qüvvələri tərəfindən ciddi şəkildə araşdırılır.
