İranda “Mossad”la əməkdaşlıqda təqsirləndirilənlər edam olunub

İranda “Mossad”la əməkdaşlıqda təqsirləndirilənlər edam olunub

Yulduz Səlimov · Media ·

İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıqda təqsirləndirilən Amid Behzad və Puriya Safut barəsində çıxarılmış ölüm hökmləri icra edilib. Bu barədə İranın məhkəmə hakimiyyətinə bağlı “Mizan” agentliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, İran tərəfi həmin şəxslərin “Mossad” əməkdaşları ilə əlaqə saxladığını və ölkədəki hərbi, eləcə də təhlükəsizlik obyektləri barədə məlumat ötürdüyünü bildirib.

İddialara görə, Amid Behzad və Puriya Safut xaricdəki əlaqələndiricilərinə hərbi obyektlərin koordinatlarını, fotoşəkillərini və digər məlumatları təqdim ediblər. İran məhkəməsi onların bu fəaliyyətini ölkənin təhlükəsizliyinə qarşı casusluq kimi qiymətləndirib.

“Mizan”ın məlumatında məhkəmə prosesinin detalları və təqsirləndirilən şəxslərin müdafiə mövqeyi barədə əlavə məlumat verilməyib. İsrail tərəfi isə İranın irəli sürdüyü ittihamlarla bağlı açıqlama yaymayıb.