İran hökuməti Prezident Məsud Pezeşkianın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.
Redaksiya IRNA-ya istinadla xəbər verir ki, İran administrasiyasının sözçüsü Fatimə Mohacerani bu barədə X hesabında açıqlama verib.
Mohacerani bildirib ki, Pezeşkian hökuməti çətin günlərdə İran xalqının yanında olduğunu sübut edib.
Onun sözlərinə görə, administrasiya ölkənin problemlərini həll etmək və vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq üçün fəaliyyətini davam etdirir.
Hökumət sözçüsü Prezident Pezeşkianın istefası ilə bağlı yayılan məlumatları əsassız şayiə kimi qiymətləndirib.
Açıqlama İran daxilində siyasi gərginlik, iqtisadi çətinliklər və Tehran-Vaşinqton danışıqları ətrafında qeyri-müəyyənlik fonunda səslənib.
