Eren Kaşıkçının fotosu tullantıların arasında tapılıb

Eren Kaşıkçının fotosu tullantıların arasında tapılıb

Aytac Dəniz · Media ·

Bu yaxınlarda vəfat edən “MasterChef” çempionu Eren Kaşıkçının şəklinin tullantı meydançasında nümayiş etdirildiyini görən vətəndaş həmin mənzərə ilə bağlı düşündürücü paylaşım edib.

Redaksiya xəbər verir ki, vətəndaş fotonu təsadüfən gördüyünü bildirərək bunun hər kəs üçün həyat dərsi olduğunu deyib. O, insanın sahib olduğu əşyaların, qazandığı adın və yaratdığı brendin bir gün dəyərini itirə biləcəyini vurğulayıb.

“Bu, tullantı meydançasıdır. Təsadüfən gördüm. Həyat budur. Təəssüf ki, bütün əşyalarınız və brendiniz bir gün bu vəziyyətə düşür”, — deyə o bildirib.

Vətəndaş insanların gündəlik problemlərə həddindən artıq görə narahat olmamalı olduğunu qeyd edib. Onun sözlərinə görə, dünya həyatı keçicidir və insan üçün son gün gözlənilmədən bu gün də ola bilər.