A key meeting held with Futura LLC at the Caspian Agro exhibition

A key meeting held with Futura LLC at the Caspian Agro exhibition

Fərid Əlizadə · Media ·

Bakıda keçirilən “Caspian Agro” beynəlxalq kənd təsərrüfatı sərgisi çərçivəsində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə aqroparkların layihələndirilməsi və quraşdırılması sahəsində ixtisaslaşmış “Futura MMC” şirkətinin stendini ziyarət edib. Ziyarət zamanı nazirin şirkətin fəaliyyəti ilə yaxından tanış olduğu bildirilir.

Redaksiya xəbər verir ki, “Futura MMC”-nin direktoru Borzu Saeidan nazirə şirkətin ölkə üzrə həyata keçirdiyi ən müasir aqropark layihələri barədə geniş məlumat təqdim edib. Görüşdə xüsusi olaraq qeyd olunub ki, “Futura MMC” sadəcə məsləhətçi deyil, aqroparkların konseptual layihələndirilməsindən tutmuş, onların tam infrastrukturunun qurulmasına və quraşdırılmasına qədər bütün mürəkkəb mərhələləri icra edən qabaqcıl şirkətdir.

Borzu Saeidan nazirə şirkətin tətbiq etdiyi mühəndislik texnologiyaları və quraşdırma standartları barədə danışarkən bildirib ki, layihələndirilən aqroparklar yerli iqlim şəraitinə uyğunlaşdırılmış ən son beynəlxalq təcrübələrə əsaslanır. Şirkətin həyata keçirdiyi bu kompleks layihələr ölkədə kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmaqla yanaşı, resurslardan səmərəli istifadəni də təmin edir.

Nazir Məcnun Məmmədov aqroparkların qurulmasında tətbiq edilən innovativ yanaşmalarla yaxından maraqlanıb və özəl sektorun aqrar infrastrukturun modernləşdirilməsindəki rolunun əhəmiyyətini qeyd edib. Bildirilir ki, hazırda “Futura MMC” Azərbaycanda ən qabaqcıl aqropark layihelərini həyata keçirən əsas tərəfdaşlardan biri kimi çıxış edir.

Şirkətin sərgidə nümayiş etdirdiyi layihələndirmə və quraşdırma həlləri həm yerli, həm də xarici investorlar tərəfindən yüksək maraqla qarşılanmaqdadır. Bu çərçivədə “Futura MMC”nin sərgi iştirakının şirkətin təklif etdiyi həllərin aktuallığını bir daha nümayiş etdirdiyi vurğulanır.