Donald Trampdan İlon Musk-ın partiya qurmaq planına cavab: “Çox mənasızdır”

Donald Trampdan İlon Musk-ın partiya qurmaq planına cavab: “Çox mənasızdır”

Sevinc Kərimova · Siyasət ·

ABŞ prezidenti Donald Tramp, İlon Musk-ın “America Party” adlı üçüncü siyasi partiya qurmaq fikrinə münasibət bildirib.

Redaksiya xəbər verir ki, Tramp məsələ ilə bağlı açıqlamasında belə deyib:

Üçüncü bir partiya qurmağı mənasız hesab edirəm. Respublikaçılar Partiyası ilə artıq çox böyük uğur əldə etmişik. Üçüncü partiyanın yaradılması isə vəziyyəti daha da qarışdırır.”

Tramp əlavə edib ki, Musk bu mövzuda əylənə bilər, amma onun fikrincə, belə addımlar ciddiyə alınmalı deyil: “Bütün bunlar çox mənasızdır”, — deyə ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, İlon Musk ötən gün ABŞ-də “America Party” adlı yeni partiya yaratdığını elan edib.

Sevinc Kərimova