İlon Mask “America Party” adlı siyasi partiya qurduğunu elan etdi

İlon Mask “America Party” adlı siyasi partiya qurduğunu elan etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-də tanınmış iş adamı İlon Mask yeni “America Party” adlı siyasi partiyanın yaradıldığını elan edib.

Redaksiya xəbər verir ki, Mask sosial şəbəkə paylaşımında ölkədə mövcud iki partiyalı sistemin əslində korrupsiya və israfla ölkəni fəlakətə sürüklədiyini bildirib: “İki nəfərdən biri yeni siyasi partiya istəyir və bu istəyə cavab veririk. Bu gün America Party quruldu”, — deyə Mask bəyan edib.

O, hazırkı siyasi quruluşu tənqid edərək, ölkənin faktiki olaraq bir partiyalı sistemdə yaşadığını və bunun demokratiya ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.

Mask yeni partiyanın məqsədinin xalqın azadlığını geri qaytarmaq və ölkəni korrupsiya və israfdan xilas etmək olduğunu bildirib. Yeni partiyanın konkret proqramı və fəaliyyət istiqamətləri ilə bağlı detallı açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Sevinc Kərimova