Donald Tramp İranla mübarizədə ikili strategiya üzərində düşünür

Donald Tramp İranla mübarizədə ikili strategiya üzərində düşünür

Sevinc Kərimova · Media ·

ABŞ prezidenti Donald Tramp İranla bağlı iki fərqli yanaşma arasında seçim etməyi nəzərdən keçirir. O, hərbi zərbələrlə gərginliyi artırmaq və ya danışıqlara məcbur etmək üçün "maksimum təzyiq" sanksiyalarını davam etdirmək yollarını dəyərləndirir. Bu haqda Axios məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bəzən sərt mövqe nümayiş etdirib. O, bir müşavirinə İran liderlərinin yalnız bombalardan anladığını bildirib..

Lakin müşavirlər qeyd edirlər ki, ABŞ prezidenti Donald Tramp yeni hücumlar başlatmaq barədə ehtiyatını saxlayır. Onlardan birinin təsvirinə görə, o, "məyus, lakin realistikdir" və güc tətbiq etmək istəmir, lakin geri çəkilməkdə də niyyəti yoxdur.