Çinin Hunan əyalətində fişəng istehsalı zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı artıb.
Redaksiya Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 37-yə çatıb.
Məlumata görə, bir nəfər hələ də itkin düşmüş hesab olunur. Daha 51 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 5-nin vəziyyəti ağır qiymətləndirilir.
İlkin məlumatlarda partlayış nəticəsində 21 nəfərin öldüyü, 61 nəfərin isə yaralandığı bildirilmişdi.
Çin Prezidenti Si Cinpin hadisənin səbəblərinin hərtərəfli araşdırılması və məsul şəxslərin müəyyənləşdirilməsi barədə tapşırıq verib.
