Baxçalı: Şimali Kipr Türkiyəyə birləşmək qərarı almalıdır

Baxçalı: Şimali Kipr Türkiyəyə birləşmək qərarı almalıdır

Sevinc Kərimova · Siyasət ·

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərinə münasibət bildirib. Onun sözlərinə görə, seçki çox az iştirakla baş tutub və bu nəticə Kipr türklərinin iradəsini tam şəkildə əks etdirmir.

Redaksiya xəbər verir ki, Dövlət Baxçalı seçkidə rəsmi olmayan nəticələrə əsasən Tufan Ərhürmanın qalib gəlməsinə baxmayaraq, seçici fəallığının aşağı olmasının nəticələrin legitimliyinə kölgə saldığını qeyd edib. O vurğulayıb ki, “Kipr türklərinin taleyi bu qədər aşağı iştirakla təmsil oluna bilməz.”

Baxçalı əlavə edib ki, KKTC parlamenti təcili şəkildə toplanmalı, seçki nəticələrini və federasiyaya qayıdış ideyasını rədd etməli, həmçinin Türkiyə Cümhuriyyətinə birləşmək barədə qərar qəbul etməlidir.