Apple Music brendinin vizual kimliyində dəyişiklik edilib. Yeni loqoda əvvəlki “Music” yazısı əvəzinə tamamilə kiçik hərflərlə yazılmış “music” sözündən istifadə olunur, şrift isə daha qalın və sıx görünüş alıb. Bu barədə Design Compass məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yeni dizayn ilk dəfə Londonda açılan Apple Music Hall-un saytında, reklam materiallarında və məkanın lövhələrində nəzərə çarpıb. Apple loqosu saxlanılsa da, “music” sözünün hərfləri əvvəlki versiya ilə müqayisədə daha qalın və dar formada hazırlanıb.
Dəyişiklik Apple-ın yeni baş direktoru Con Ternusun rəhbərliyi dövründə brendin vizual dilində atılan ilk addımlardan biri kimi diqqət çəkib. Bununla belə, Apple xidmətin rəsmi adını dəyişdirdiyini açıqlamayıb və şirkətin rəsmi materiallarında “Apple Music” adı istifadə olunmağa davam edir.
