Berlin 2036, 2040 və ya 2044-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına Almaniya adından ev sahibliyi etmək üçün irəli sürdüyü namizədliyi geri çəkməyə hazırlaşır. Berlinin Olimpiya üzrə koordinatoru Kaveh Nirumand, şəhərin meri Kay Veqner və idman üzrə senator İris Şpranger məsələni müzakirə ediblər. Bu barədə Tagesspiegel məlumat yayıb. 0
Redaksiya istinadla xəbər verir ki, Berlinin namizədliyinin əsas zəif tərəflərindən biri şəhərdə Olimpiadanın keçirilməsinə ictimai dəstəyi təsdiqləyən referendumun olmaması olub. Münhen və Reyn-Rur bölgəsində keçirilən səsvermələrdə namizədlik təxminən üçdə iki səviyyəsində dəstək qazanıb. Berlində isə belə referendum keçirilməyib. 1
Sentyabrın 20-də keçirilən Berlin seçkilərində Sol Partiyanın qalib gəlməsi də namizədliyin siyasi gələcəyini zəiflədib. Partiyanın əsas namizədi Elif Eralp Olimpiadanın Berlində keçirilməsinə qarşı çıxıb və seçkidən sonra bu məsələnin artıq bağlandığını düşündüyünü bildirib. Yaşıllar da Berlinin Olimpiada namizədliyini dəstəkləmir. 2
Berlinin geri çəkilməsi rəsmiləşərsə, Almaniyanın namizədinin müəyyənləşdirilməsi prosesində Münhen və Kölnün daxil olduğu Reyn-Rur bölgəsi qalacaq. Hamburq daha əvvəl referendumda ictimai dəstək əldə edə bilmədiyi üçün namizədliyini geri götürüb. Almaniya Olimpiya İdman Konfederasiyası ölkənin beynəlxalq namizədini müəyyənləşdirəcək. 3
