Zelenski: Moskvaya raketlə gələcəyəm

Zelenski: Moskvaya raketlə gələcəyəm

Nizami Salmanov · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda rusiyalı jurnalistlərin Moskvaya nə vaxt gedəcəyi ilə bağlı sualına qısa və istehzalı cavab verib. Bu barədə Ukrayna mediası məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, jurnalistlər Zelenskidən bir neçə dəfə Moskvaya nə vaxt səfər edəcəyini soruşublar. Ukrayna Prezidenti isə rus dilində, "Raketlə" cavabını verib.

Hadisə BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Zelenskinin Nyu-York səfəri zamanı baş verib. Rusiya tərəfi daha əvvəl Zelenskinin Vladimir Putinlə görüş üçün Moskvaya gələ biləcəyini və ona təhlükəsizlik zəmanəti veriləcəyini bildirmişdi.

Zelenski isə əvvəlki açıqlamalarında Putinlə birbaşa görüşə hazır olduğunu desə də, görüşün Rusiya və Belarus ərazisində keçirilməsinə qarşı çıxıb.