Apple-ın “2 milyardlıq müdafiə sistemi” hekləndi

Apple-ın “2 milyardlıq müdafiə sistemi” hekləndi

Fərid Əlizadə · Media ·

Apple-ın “2 milyardlıq müdafiə sisteminin sındırıldığı” barədə iddialar yayılıb.

Redaksiya xəbər verir ki, iddialar əsasən Apple təhlükəsizlik proqramı və süni intellekt əsaslı exploit araşdırmaları ilə bağlı müzakirələrdən sonra gündəmə gəlib.

Məlumata görə, bəzi təhlükəsizlik tədqiqatçıları Sİ modellərinin macOS və iPhone sistemlərində boşluq tapmaq prosesini sürətləndirə bildiyini iddia edirlər. Bu müzakirələrdən sonra “Apple hek olundu” tipli paylaşımlar sürətlə yayılmağa başlayıb.

Lakin hazırda Apple sistemlərinin genişmiqyaslı şəkildə sındırılması və ya şirkətin kritik təhlükəsizlik infrastrukturunun çökdüyü barədə rəsmi təsdiq yoxdur.

Apple məsələ ilə bağlı rəsmi açıqlama verməyib.