Apple-dan texnologiya dünyasını dəyişəcək yeniliklər

Apple-dan texnologiya dünyasını dəyişəcək yeniliklər

Sona Osmanova · Media ·

Texnologiya nəhəngi Apple özünün "iPhone Ultra", "MacBook Ultra" və "AirPods Ultra" modelləri ilə texnologiya aləmində şok effekti yaratmağa hazırlaşır. Gözlənilən yeni iPhone modelinin çevik ekrana malik olacağı, MacBook-un isə OLED toxunma ekranı ilə təchiz ediləcəyi iddia olunur.

Redaksiya məlumat verir ki, "AirPods" cihazları isə ətrafı müəyyən edə və jestləri tanıya bilən kameralarla təchiz ediləcək. Bu yeniliklər Apple-a rəqabətdə önəmli bir addım atmağa və bazarda digər brendlərlə rəqabət aparmağa imkan verə bilər.

İstifadəçi təcrübəsinə üstünlük verən bu yeniliklər, həmçinin brendin gələcək strategiyası haqqında da ipucları verir. Bu yeniliklərin Apple-ın bazardakı mövqeyini gücləndirib-gücləndirməyəcəyi isə hələlik sual altındadır.