Almaniyanın xarici işlər naziri Yohann Vadeful əvvəlcədən elan olunmamış səfərlə Kiyevə gəlib. Səfərin əsas mövzusu Ukraynanın qarşıdakı qış mövsümünə hazırlığıdır. Bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, danışıqlarda Ukraynaya generatorlar, ehtiyat hissələri və enerji sahəsində digər texniki avadanlıqların verilməsi məsələləri müzakirə olunacaq.
Almaniya tərəfi həmçinin Ukraynanın enerji sektorunun dəstəklənməsi və kritik infrastrukturun mümkün hücumlardan qorunması üçün əlavə tədbirlərin nəzərdən keçiriləcəyini bildirib.
Səfər çərçivəsində əsas diqqətin qış aylarında enerji təchizatının dayanıqlığının qorunmasına və zərər görmüş infrastrukturun bərpasına yönəldilməsi gözlənilir.
