ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb

ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb

Nizami Salmanov · Media ·

ABŞ Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından, Heyət Təhrir əş-Şamı isə terror təşkilatları siyahısından çıxarıb. Bu barədə Reuters ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, qərar Prezident Donald Trampın Suriyaya qarşı sanksiyaların yumşaldılması ilə bağlı verdiyi vədin icrası çərçivəsində qəbul olunub.

ABŞ Dövlət Departamentinin açıqlamasında Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından rəsmi şəkildə çıxarıldığı bildirilib.

Qərar Vaşinqtonun Suriya ilə bağlı siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir və ölkənin beynəlxalq maliyyə və diplomatik əlaqələrinə təsir göstərə bilər.