ABŞ neytral gəmiləri Hörmüzdən çıxaracaq, əks təqdirdə güc istifadə edəcək

ABŞ neytral gəmiləri Hörmüzdən çıxaracaq, əks təqdirdə güc istifadə edəcək

Nizami Salmanov · Media ·

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında qalan neytral xarici gəmilərin çıxarılması üçün “Project Freedom” adlı əməliyyatın başladılacağını açıqlayıb. Əməliyyatın bazar ertəsi, Yaxın Şərq vaxtı ilə başlanacağı bildirilib.

Redaksiya Israel National News-a istinadla xəbər verir ki, Tramp bu addımı humanitar təşəbbüs kimi təqdim edib. Onun sözlərinə görə, Yaxın Şərqdəki qarşıdurmaya aidiyyəti olmayan bir sıra ölkələr ABŞ-dan gəmilərinin təhlükəsiz şəkildə boğazdan çıxarılması üçün yardım istəyib.

Tramp bildirib ki, ABŞ nümayəndələrinə həmin ölkələrə gəmilərin və heyətlərin təhlükəsiz çıxarılması üçün maksimum səy göstəriləcəyini çatdırmağı tapşırıb. O qeyd edib ki, bu gəmilər bölgədəki münaqişənin iştirakçısı deyil və “şəraitin qurbanı” vəziyyətinə düşüblər.

ABŞ lideri həmçinin xəbərdarlıq edib ki, bu humanitar prosesə hər hansı müdaxilə olarsa, buna güc yolu ilə cavab veriləcək. Trampın açıqlaması Hörmüz boğazı ətrafında gərginliyin davam etdiyi və beynəlxalq gəmiçilik marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda səslənib.