ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqtonun İrana qarşı “İqtisadi təcrid” əməliyyatı Tehran tam izolyasiyada qalana qədər gücləndiriləcək.
Redaksiya xəbər verir ki, Bessentin sözlərinə görə, ABŞ İran hakimiyyəti və İslam İnqilabı Keşikçiləri Korpusunun bütün maliyyə mənbələrini bloklamağı hədəfləyir.
Bessent bildirib ki, məqsəd İran rəhbərliyini maliyyələşdirən bütün iqtisadi kanalları kəsmək və Tehranı tam iqtisadi təcrid vəziyyətinə salmaqdır.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın dünya liderləri ilə telefon danışıqları apararaq onlardan İranla hər cür əməkdaşlığı dayandırmağı istədiyini deyib.
ABŞ Maliyyə Nazirliyi bazar ertəsindən etibarən dünyanın müxtəlif ölkələrində yerləşən 60-dan çox təşkilat, fiziki şəxs və gəmiyə qarşı yeni anti-İran sanksiyalarının tətbiq ediləcəyini açıqlayıb.
