ABŞ-da aviaşou zamanı iki təyyarə havada toqquşdu - VİDEO

ABŞ-da aviaşou zamanı iki təyyarə havada toqquşdu - VİDEO

Yulduz Səlimov · Media ·

ABŞ-ın Aydaho ştatında keçirilən “Gunfighter Skies” aviaşousu zamanı iki təyyarə havada toqquşub.

Redaksiya məlumat verir ki, hadisə Mountain Home Hərbi Hava Qüvvələri bazasında baş verib.

Aviaşou zamanı aparıcının tamaşaçılara verdiyi məlumata görə, hər iki təyyarədə olan ümumilikdə dörd ekipaj üzvü katapult sistemi vasitəsilə xilas olmağı bacarıb.

Hadisənin hansı tip təyyarələr arasında baş verdiyi və qəzanın dəqiq səbəbi hələ açıqlanmayıb. Əraziyə fövqəladə xidmət qrupları göndərilib.

ABŞ Hərbi Hava Qüvvələrinin hadisə ilə bağlı araşdırmaya başladığı bildirilir.