Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması yollarını müzakirə etmək üçün üçtərəfli görüş təşkil edə biləcəyinə inandığını bildirib.
Redaksiya xəbər verir ki, Zelenskinin sözlərinə görə, belə bir görüş çərçivəsində müharibənin dayandırılması ilə yanaşı, tərəflər arasında mövcud olan bütün həssas məsələlər də müzakirə oluna bilər.
Ukrayna lideri Rusiya Prezidenti Vladimir Putinlə birbaşa görüşə hər zaman hazır olduğunu vurğulayıb. O, müharibənin sona çatdırılması üçün liderlər səviyyəsində birbaşa danışıqların vacib ola biləcəyini bildirib.
Zelenski Vaşinqtonun vasitəçilik imkanlarını yüksək qiymətləndirərək Trampın tərəfləri eyni masa arxasına gətirməkdə mühüm rol oynaya biləcəyini qeyd edib.
