Zelenski: Putin müharibədə qalib gəlmir

Zelenski: Putin müharibədə qalib gəlmir

Könül Məmmədova · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə qalib gəlmədiyini bildirib.

Redaksiya xəbər verir ki, Zelenskinin sözlərinə görə, mövcud vəziyyət Putin üçün ciddi problem yaradır və o, müharibənin nəticələrini Rusiya ictimaiyyətinə izah etmək məcburiyyətindədir.

Ukrayna Prezidenti Putinin heç kimə hörmət göstərmədiyini iddia edib. Zelenski hesab edir ki, Rusiya liderinin əsas narahatlığı xarici qüvvələrdən deyil, ölkə daxilindəki ictimai və siyasi təzyiqlərdən qaynaqlanır.

Zelenski bildirib ki, müharibənin uzanması və Rusiyanın istədiyi nəticələri əldə edə bilməməsi Kremlin ölkə daxilində üzləşdiyi təzyiqi artırır. Rusiya tərəfi isə müharibənin gedişi və daxili vəziyyətlə bağlı bu qiymətləndirmələri qəbul etmir.