Makron Qəzzaya yardımın çatmamasını biabırçılıq adlandırıb

Makron Qəzzaya yardımın çatmamasını biabırçılıq adlandırıb

Nizami Salmanov · Media ·

Fransa Prezidenti Emmanuel Makron Qəzzadakı humanitar vəziyyəti tənqid edərək Fələstinin dövlət kimi tanınmasının real addımlarla müşayiət olunmasının vacibliyini bildirib.

Redaksiya xəbər verir ki, Makron bir il əvvəl eyni zalda onlarla ölkənin Fələstini tanıdığını xatırladıb. O, Qəzzadakı vəziyyətin dəyişdirilməsi üçün konkret addımlar atılmadığı halda bu tanınmanın etibarlılığının sual altında qalacağını deyib.

Fransa Prezidenti bəzi tərəflərin sülhün əldə olunduğunu bildirməsinə baxmayaraq, humanitar yardımın hələ də ehtiyacı olan insanlara tam şəkildə çatmadığını vurğulayıb.

Makron Qəzzaya humanitar yardımın çatdırılmasında davam edən maneələri qəbuledilməz adlandıraraq mövcud vəziyyəti biabırçılıq kimi qiymətləndirib.