Zelenski hava hücumundan müdafiə dəstəyinin azaldığını bildirib

Zelenski hava hücumundan müdafiə dəstəyinin azaldığını bildirib

Sevinc Kərimova · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə ballistik raketlərdən müdafiə sahəsində göstərilən dəstəyin 2026-cı ildə əhəmiyyətli dərəcədə azaldığını bildirib.

Redaksiya xəbər verir ki, Zelenskinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün raket tədarükü 2025-ci illə müqayisədə üçdəbir azalıb.

Ukrayna lideri tərəfdaş ölkələrin lazımi raket ehtiyatlarına malik olduğunu qeyd edib. O, bu sursatların çatdırılmasının və istehsalının sürətləndirilməsi üçün zəruri siyasi qərarların qəbul edilməsinin mühüm olduğunu vurğulayıb.

Zelenski hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini Ukraynanın şəhərlərinin, enerji infrastrukturunun və mülki əhalisinin qorunması baxımından əsas prioritetlərdən biri kimi qiymətləndirib.