ABŞ Prezidenti Donald Tramp tədbirlərdən birində azyaşlı uşağın səhnədə gəzərkən ölkənin keçmiş prezidenti Co Baydenlə bağlı istehzalı ifadə işlədib.
Redaksiya xəbər verir ki, Tramp uşağın səhnənin kənarına yaxınlaşmasına diqqət çəkərək onun təhlükəsizliyindən narahat olduğunu bildirib.
“Mən onun Bayden kimi bu səhnədən yıxılmasını istəmirəm”, – ABŞ Prezidenti deyib.
Tramp bununla Baydenin prezidentliyi dövründə ictimai tədbirlərdə büdrəməsi və yıxılması ilə bağlı mediada geniş yayılan görüntülərə eyham vurub.
