Kanadanın Baş naziri Mark Karni ölkəsinin Beynəlxalq Cinayət Məhkəməsinə sarsılmaz dəstəyini davam etdirəcəyini bildirib.
Redaksiya xəbər verir ki, Karni Kanadanın BCM-nin üzvü olmaqdan qürur duyduğunu qeyd edib. Onun sözlərinə görə, ölkəsi məhkəmənin fəaliyyətini maliyyə, mütəxəssis heyəti və praktiki addımlarla dəstəkləyir.
Baş nazir Kanadanın bu mövqeyinin ölkənin hüquqi və demokratik dəyərlərinə əsaslandığını vurğulayıb.
“Beynəlxalq Cinayət Məhkəməsinə dəstəyimiz sarsılmazdır. Biz bu dəstəyi davam etdirəcəyik”, – Karni bildirib.
