Ukrayna Prezidenti Volodimir Zelenski dünyada beynəlxalq hüquqa inamın ciddi şəkildə zəiflədiyini bildirib.
Redaksiya xəbər verir ki, Zelenskinin sözlərinə görə, artıq dünyada çox az insan beynəlxalq hüququn real şəkildə işlədiyinə inanır. Bununla belə, Ukrayna bu anlayışın tamamilə mənasını itirməsini istəmir.
Ukrayna lideri vurğulayıb ki, beynəlxalq hüquq yalnız siyasi bəyanatlarda deyil, real mexanizmlərlə və təsir imkanları ilə dəstəklənməlidir.
Zelenski beynəlxalq hüququn dövlətlərin suverenliyi, təhlükəsizliyi və münaqişələrin həlli baxımından yenidən real çəkisi olan alətə çevrilməsinin vacibliyini qeyd edib.
