OpenAI GPT-6 Sol və Luna modellərini təqdim edib

OpenAI GPT-6 Sol və Luna modellərini təqdim edib

Fərid Əlizadə · Media ·

OpenAI GPT-6 ailəsinin yeni üzvləri olan GPT-6 Sol və GPT-6 Luna modellərini istifadəyə verib. Yeni modellər daha yüksək səmərəlilik və aşağı hesablama xərcləri ilə gündəlik iş, proqramlaşdırma və agent tapşırıqları üçün nəzərdə tutulub. Bu barədə OpenAI məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, GPT-6 Sol və Luna üçün API qiymətləri GPT-5.6 xəttinin müvafiq modelləri ilə müqayisədə 50 faiz azaldılıb. GPT-6 Sol mürəkkəb proqramlaşdırma və agent əsaslı iş axınlarına, Luna isə yüksək həcmli və daha sərfəli tapşırıqlara yönəlib.

OpenAI bildirir ki, yeni modellər GPT-6 Astra-da tətbiq olunan bir sıra texnoloji yeniliklərdən yararlanır. Şirkətin daxili qiymətləndirmələrinə əsasən, GPT-6 Sol əvvəlki GPT-5.6 Sol ilə müqayisədə faktoloji səhvləri əhəmiyyətli dərəcədə azaldıb və etibarlılıq göstəricilərində Astra modelinə yaxınlaşıb.

GPT-6 Sol-un API qiyməti hər milyon giriş tokeni üçün 2 dollar, çıxış tokeni üçün isə 10 dollar müəyyən edilib. GPT-6 Luna üçün bu göstəricilər müvafiq olaraq 10 sent və 50 sent təşkil edir.

Yeni modellər artıq API, ChatGPT Work və Codex daxilində mərhələli şəkildə istifadəyə verilir. OpenAI onları Astra-nı əvəz edən modellər kimi deyil, daha aşağı xərc tələb edən gündəlik iş modelləri kimi mövqeləndirir.