Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkəsinin müdafiə büdcəsinin kifayət etmədiyini bildirib.
Redaksiya xəbər verir ki, Dendias Yunanıstanın kiçik ölkə olduğunu, lakin ciddi təhlükəsizlik çağırışları ilə üzləşdiyini deyib.
“Biz kiçik ölkəyik. Müdafiə Nazirliyinin büdcəsi yunan xalqının fədakarlığı hesabına maliyyələşir, amma gizlətməyəcəyəm: bu büdcə kifayət deyil”, — deyə nazir bildirib.
Dendiasın sözlərinə görə, Yunanıstan silahlı qüvvələrini modernləşdirməli və müdafiə qabiliyyətini gücləndirməlidir.
Açıqlama Şərqi Aralıq dənizi, Egey dənizi və NATO daxilində təhlükəsizlik məsələlərinin yenidən gündəmə gəldiyi dövrə təsadüf edir.
Afina son illərdə hava qüvvələri, donanma və raket müdafiəsi sahələrinə daha çox investisiya ayırmağa çalışır.
