Şahbaz Şərif Bəşər Əsədi Pakistana dəvət edib

Şahbaz Şərif Bəşər Əsədi Pakistana dəvət edib

Sevinc Kərimova · Media ·

Pakistanın Baş naziri Şahbaz Şərif Suriya Prezidenti Bəşər Əsədi iki ölkə arasında münasibətlərin gücləndirilməsi çərçivəsində Pakistana rəsmi səfərə dəvət edib.

Redaksiya xəbər verir ki, Şərif dəvəti İslamabadda Suriyanın xarici işlər naziri Feysəl əl-Miqdadla görüşü zamanı çatdırıb. Suriya XİN rəhbəri Pakistanda iki günlük səfərdə olub.

Məlumata görə, əl-Miqdadın səfəri onun Pakistana ilk gəlişi olmaqla yanaşı, son 19 ildə Suriya xarici işlər nazirinin bu ölkəyə ilk səfəridir.

Tərəflərin görüşündə Pakistan və Suriya arasında siyasi əlaqələrin genişləndirilməsi və ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunduğu bildirilir.