Cənubi Koreyada aparılan hesablamalara görə, Şimali Koreyanın 80-dən 120-dək nüvə başlığına sahib ola biləcəyi bildirilir. Bu rəqəm ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi 57 nüvə başlığı təxminindən xeyli yüksəkdir.
Redaksiya xəbər verir ki, Seul tərəfi bu qiymətləndirmənin konkret araşdırmalara və mövcud məlumatların təhlilinə əsaslandığını bildirib.
Bununla belə, Cənubi Koreya rəsmiləri 80-120 nüvə başlığı rəqəminin ölkənin hərbi qurumları tərəfindən rəsmi şəkildə təsdiqlənmədiyini vurğulayıblar.
Şimali Koreyanın nüvə arsenalının dəqiq həcmi uzun müddətdir qeyri-müəyyən olaraq qalır. Pxenyan bu barədə tam və yoxlanıla bilən məlumat açıqlamadığından müxtəlif ölkə və tədqiqat qurumlarının hesablamaları bir-birindən fərqlənir.
