Türkiyə və İsrail döyüş gəmiləri yaxın məsafədə üzür

Türkiyə və İsrail döyüş gəmiləri yaxın məsafədə üzür

Yulduz Səlimov · Media ·

Türkiyə Şərqi Aralıq dənizində hərbi mövcudluğunu artıraraq daha əvvəl fəaliyyət göstərmədiyi bəzi bölgələrə döyüş gəmiləri göndərməyə başlayıb. Bu barədə İsrail rəsmiləri Ynet-ə açıqlama veriblər.

Redaksiya istinadla xəbər verir ki, Türkiyə Hərbi Dəniz Qüvvələrinin regiondakı fəaliyyət sahəsi genişlənib və bəzi hallarda Türkiyə ilə İsrailə məxsus hərbi gəmilər bir-birinə yaxın məsafədə yerləşiblər.

İsrail rəsmiləri bu vəziyyəti Şərqi Aralıq dənizində Türkiyənin hərbi fəallığının artmasının göstəricisi kimi qiymətləndirirlər.

Açıqlamada tərəflər arasında hər hansı insidentin baş verdiyi bildirilməyib. Bununla belə, iki ölkənin hərbi gəmilərinin yaxın məsafədə fəaliyyət göstərməsi regiondakı təhlükəsizlik və mümkün gərginlik risklərinə diqqəti artırır.