Venesuela ABŞ təhdidlərinə qarşı müharibəyə hazır olduğunu bildirdi

Venesuela ABŞ təhdidlərinə qarşı müharibəyə hazır olduğunu bildirdi

Sevinc Kərimova · Siyasət ·

Venesuela Prezidenti Nikolas Maduro ölkə sahillərində ABŞ donanmasının yerləşdirilməsinə cavab olaraq, lazım gələrsə, döyüşməyə hazır olduqlarını bəyan edib. O, Venesuelanın yalnız öz sülh hüququnu və ərazi bütövlüyünü müdafiə etdiyini vurğulayıb.

Redaksiya xəbər verir ki, Maduro Silahlı Qüvvələrin və xalq milisinin 284 mümkün döyüş istiqamətində yerləşdirildiyini açıqlayıb. Onun sözlərinə görə, Venesuelanın 4,5 milyon nəfərlik xalq milisi, 95-150 minlik ordusu, aviasiya, hərbi texnika və İranın dəstəyi ilə yaradılmış daxili pilotsuz uçuş aparatları sənayesi mövcuddur.

Ölkənin daxili işlər naziri Diosdado Kabello isə Karib dənizində ABŞ hücumu nəticəsində həlak olan 11 nəfərin narkotik qaçaqçısı deyil, mülki vətəndaşlar olduğunu iddia edib. Pentaqon isə Venesuela hakimiyyətini “qeyri-legitim narkoterrorçu rejim” adlandıraraq əməliyyatın qanuni olduğunu müdafiə edib.