Vaşinqton İrana qarşı həftəlik yeni sanksiyalar planlaşdırır

Vaşinqton İrana qarşı həftəlik yeni sanksiyalar planlaşdırır

Fərid Əlizadə · Media ·

ABŞ İrana iqtisadi təzyiqi artırmaq üçün banklardan birinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır. Bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent Associated Press-ə müsahibəsində bildirib.

Redaksiya istinadla xəbər verir ki, Bessent Vaşinqtonun İranla qarşıdurmada maliyyə kanallarını hədəfə almaqda davam edəcəyini deyib. O, “lazım gələrsə, bu iqtisadi zorakılıq olacaq” ifadəsini işlədib.

ABŞ maliyyə naziri sanksiya tətbiq ediləcək bankın adını və məhdudiyyətlərin konkret detallarını açıqlamayıb. Bununla yanaşı, Vaşinqtonun İrana iqtisadi təzyiqi gücləndirmək məqsədilə hər həftə yeni ikinci dərəcəli sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib.

Bessent daha əvvəl ABŞ-nin İrana qarşı “İqtisadi Təcrid” əməliyyatının Tehranın tam maliyyə izolyasiyasına qədər gücləndiriləcəyini demişdi.

Onun sözlərinə görə, ABŞ İran hakimiyyətinin və SEPAH-ın maliyyə mənbələrini mümkün qədər məhdudlaşdırmağa çalışacaq.