Rusiyada yanacaq təminatı regionlar üzrə ciddi fərqlənib

Rusiyada yanacaq təminatı regionlar üzrə ciddi fərqlənib

Fərid Əlizadə · Media ·

Avqust ayında Rusiyadakı yanacaqdoldurma məntəqələrinin təxminən 84 faizində ən azı bir növ yanacaq satışda olub. Benzin isə məntəqələrin təxminən 62,5 faizində mövcud olub. Bu barədə “İzvestiya”nın sifarişi ilə aparılan araşdırmanın nəticələrində bildirilir.

Redaksiya istinadla xəbər verir ki, yanacaq təminatı baxımından ən yaxşı vəziyyət Şimal-Qərb Federal Dairəsində qeydə alınıb.

Ən zəif göstəricilər isə Cənub, Şimali Qafqaz və Sibir federal dairələrində müşahidə olunub.

Ekspertlər vəziyyətin hələ də qeyri-sabit olduğunu bildirirlər. Bunun əsas səbəblərindən biri kimi neft emalı zavodlarına hücum riskinin davam etməsi göstərilir.

Analitiklərin fikrincə, oktyabr ayında kənd təsərrüfatı sektorunun mövsümi yanacaq tələbi zəiflədikcə yanacaqdoldurma məntəqələrində ümumi tələbatın da azalması gözlənilir.