Varşavadan Britaniyanın Lids şəhərinə uçan Ryanair təyyarəsi Amsterdamın Sxiphol hava limanında təcili eniş edib.
Redaksiya Hart van Nederland portalına istinadla xəbər verir ki, təyyarədə “fövqəladə vəziyyət” yarandığı üçün reys Amsterdamda dayandırılıb.
Məlumata görə, hadisə ilə əlaqədar hava limanında təcili yardım və xilasetmə xidmətləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib.
İlkin məlumatlarda fövqəladə vəziyyətin səbəbi barədə detallı açıqlama verilməyib.
Təyyarədə olan sərnişinlərin vəziyyəti və reysin davam edib-etməyəcəyi ilə bağlı əlavə məlumat gözlənilir.
