Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Qərb ölkələrinin liderlərinə qarşı sərt ittihamlar səsləndirib.
Redaksiya xəbər verir ki, Medvedev çıxışında Qərb rəhbərlərini korrupsiyada ittiham edib və onların siyasi irsini faşizmlə əlaqələndirən ifadələr işlədib.
Medvedev bildirib: "Açıq danışacağam, siz korrupsioner liderlərsiniz. Siz faşistlərin nəslindənsiniz."
Onun açıqlaması Rusiya ilə Qərb arasında davam edən siyasi qarşıdurma fonunda səslənən sərt ritorikanın növbəti nümunəsi kimi qiymətləndirilir.
